2020-ci il üçün 8 innovativ veb dizayn trendi. 2-ci hissə.

2020-ci il üçün veb dizayn trendlərini əhatə edən məqalənin ikinci hissəsini sizə təqdim edirik.





5. Şəkil və qrafik qarışımı

Üzərində qırmızı və çəhrayı dairələr olan fashion məqsədli bir dizayna sahib veb sayt

Zhenya Rynzhuk












Yaşıl tonlarla zəngin kreativ görünən bir veb sayt

Ashish Rai

Çəhrayı tonlarda bir veb saytın dizaynı

Planit

Çox şəffaf bənövşəyi rənglərdən istifadə olunmuş veb sayt

Rosee Byrne

Kreati görünən ağ tonlarla zəngin bir veb sayt dizaynı

Igor Vensko





“Qrafik və illustrasiyalı şəkillərin təsir etmə və mesaj vermə gücü daha çoxdur. Bu şəkillər həm brendinq üçün faydalıdır, həm də vebsaytınıza özünəməxsus görünüş bəxş edir.”

- Hiroshy


Bir-birini tamamlayan orijinal qrafiklər daha yadda qalan görünüş yaradır və sizin yüksək yaradıcılıq qabiliyyətinizdən xəbər verir.

Trend həm də çoxşaxəlidir, müxtəlif sahələrdə istifadə oluna bilər. Məsələn, hansısa maraqsız məhsul şəklinə cazibə qatmaq üçün və ya qarışıq maliyyə və texnologiya konseptlərini insanlara daha yaxşı çatdırmaq üçün istifadə oluna bilər. Yəni, veb dizaynınızın digərlərindən fərqlənməsini istəyirsinizsə, bu trendə uyğunlaşmanız məsləhət görülür.

Daha uğurlu olmaq üçün, çalışın ki, istifadə etdiyiniz illustrasiya və şəkillər brend kimliyiniz ilə uyğunlaşsın. Çünki onların stili insanların ümumi şəkli necə qavramalarına təsir göstərir. Məsələn, həndəsi və detallı fiqurlar daha mürəkkəb və intelligent məqsədləri, karikatura və cizgi film illustrasiyalaları isə daha əyləncəli məqsədləri ehtiva edir.



6. Ağ sahə çərçivələri

Sadə amma göz oxşayan bir veb sayt dizaynı

akorn.creative



Üzərində İnnovation yazılan bir veb sayt

Gladeye

Menyusu yana çevrilmiş bir veb sayt dizaynı

Patrick David

Kreativ görünüşlü bir veb sayt

malzi

Ağ rəngdə rahat görünən bir veb sayt

Alex Capellan.



Saytda şəkil və mətnlər

Daan Spits



“Vebsaytlarda bol ağ sahənin tərəfdarıyam, bütöv ekran şəkillərindən və parallaks dizaynlarından uzaq qaçmağa çalışıram. Çərçivələnən obyektlər diqqəti yerləşdikləri hissəyə çəkir, vebsaytın görünüşü sanki daha önə çıxır.”

- Daan Spits


Dolu dizaynlar bir neçə il xeyli məşhur olub. Lakin indi veb dizaynerlər ağ sahədən mümkün
qədər istifadə etməyə çalışırlar. Bunun üçün müxtəlif üsullar sınayırlar və fərqli sxemlərdən istifadə edirlər. Çünki ağ sahə vebsaytı daha strukturlu, dizaynı daha təmiz, səliqəli və stabil göstərir. 2020-ci ildə geniş ağ sahə çərçivələri ilə çox qarşılaşacağıq.





7. Parlaq və işıqlı rəng sxemləri

Sayt yaratmaq istəyənlər üçün yaşıl və göy rənglərin qradientini əks edən bir dizayn

Gabriel™

Kosmik mövzuda sayt yaratmaq istəyənlərr üçün maraqlı nümunə

Hiroshy

Göy və yaşıl rənglərdən istifadə edərək sayt yaratmaq istəyənlər üçün eleqant nümunə

MercClass

Minimalistik sayt yaratmaq istəyənlər üçün dizayn nümunəsi

deandesign

Tədbir üçün sayt yaratmaq istəyənlərin bəyənəcəyi dizayn nümunəsi

MONOGRID

Qiymət planlarını yaradılacaq saytda eleqant şəkildə əks etdirmək istəyənlər üçün nümunə

MASER

Minimalistik tərzdə sayt yaratmaq istəyənlər üçün veb sayt

Matthias Vambairgue

Bənövşəyi rənglərdə minimalistik sayt yaratmaq istəyənlər üçün nümunə

Magic People Voodoo People




“Futuristik rəng sxemləri və dizaynları bu il trenddə olacaq. Həmin futuristik parlaqlılığı bildirmək üçün göy, bənövşəyi və tünd çəhrayı rənglər xüsusilə dəbdə olacaq.”

- Adrianne Mesnard, Art Director at 99designs


2020-ci ildə çox fərqli, cəsarətli rəng qarışımları görəcəyik. Duoton dizaynlar, kölgələrlə istifadə olunan tünd neon parıltıları dəbdə olacaq.




“Unikal duoton veb dizaynlar vizual baxımdan daha cəlbedici və maraqlıdır. Duoton effektin köməyi ilə, demək olar ki, hər bir şəkli şirkətin brend kimliyi ilə uyğunlaşdırmaq mümkündür.”

- deandesign


Bu il maraq oyadan rəng sxemləri veb dizaynda xüsusi rol oynayacaq. Ekstremal minimalizm və qaranlıq rejimi trendlərini parlaq və işıqlı rəng sxemləri mükəmməl şəkildə tamamlayır.



8. Ultra minimalist naviqasiya

Vegan mövzusunda yaşıl rənglərdə sayt əldə etmək istəyənlər üçün kreativ dizayn nümunəsi

Alt*CEVA



Vegan mövzusunda sayt yaratmaq üstəyənlər üçün nümunəvi veb dizayn

JPSDesign

Bitkilər mövzusunda sayt yaratmaq istəyənlər üçün veb dizayn nümunəsi

deandesign

İdamn mövzusunda sayt yaratmaq istəyənlər üçün nümunə

Clint English

Göy qırmızı və ağ rənglərdən istifadə olunmuş modern görünən bir veb sayt dizaynı

Mike | Creative Mints

Qara tonlarda və üzərində smart saat əks olunan veb sayt

Sathish



“2020-ci ildə vebsayt kontentinin səs yazılı videolar üzərində daha çox fokuslanacağı və tekstə az yer veriləcəyi proqnoz olunub. Ümumilikdə, naviqasiyanı asanlaşdırmaq üçün dizaynlar daha sadə olacaq.”

- Ananya Roy


Üzərimizdə gəzdirə biləcəyimiz cihazların (məsələn, ağıllı saatlar) inkişafı dövründə veb dizayn ümumilikdə daha “kiçik düşünməlidir”. Çünki cihazın kiçikliyindən mənfi təsirlənən ən başlıca amil naviqasiyadır və bu mənfi təsiri mümkün qədər azaltmaq üçün kiçik və sadə dizaynlar lazımdır.

Ekstremal minimalizm istifadədəki çətinliyin çoxunu aradan qaldırır. Çətinlik aradan qalxdığı üçün oistifadəçi saytda daha çox vaxt keçirir.

Həmçinin, minimalist iri ölçülü şəkillər də istifadəçiləri cəlb edə biləcəyiniz vasitələrdəndir və bu il bu vasitə xeyli populyar olacaq.




Minimalistik görünən bir veb dizayn

David & George

Musiqiçi üçün veb sayt yaradmaq istəyənlər üçün nümunə

Hitron



“Böyük şəkillərin və videoların bir çox müsbət cəhəti var. Məsələn, biznesinizin məqsədini məhz bu şəkillərlə insanlara izah edə bilərsiniz. Düşünürəm ki, gündən-günə daha çox vebsaytın irihəcmli şəkillərdən istifadə etməsinin səbəbi də budur.”

- Coincept



Az mətnli irihəcmli şəkillər ön plana çəkilir və kompozisiyanın əsas məqsədini əks etdirir.
Gördüyümüz kimi, veb dizaynerlər ilham üçün həm köhnə dizaynlardan istifadə edirlər, həm də müasir alətlərdən istifadə edərək tamamilə yeni dizaynların əsasını qoyurlar. Bir-birindən çox fərqlənən, eyni zamanda, müəyyən mənada oxşar olan trendlər 2020-nin surprizlərlə dolu olacağından xəbər verir.





Məqalənin sonuna çatdıq. Bütün məqalələrdən xəbərdar olmaq üçün facebook səhifəmizi və saytımızın Blog bölməsini izləməyə davam edin.

Tərcümə etdi: Lalə Fərzizadə

Təşəkkürlər :)