Şirkət üçün Wikipedia səhifəsinin yaradılması

Şirkət üçün Wikipedia səhifəsinin yaradılması barədə blog məqaləsinin içində əsas poster

Wikipedia ensiklopediyasında şirkətiniz üçün səhifənin yaradılması sizə böyük bir fayda verə bilər. Əsas faydası ondadır ki, bu sizin şirkətinizi müştərilərinizin gözündə daha güvənli göstərəcək. Çünki açıq ensiklopediya - minlərlə insan üçün etibarlı mənbədir.

Lakin orada məqalə yerləşdirmək o qədər də asan deyil. Vikipediyanın paylaşımlar qarşısında qoyduğu çox ciddi tələbləri var və ən kiçik qayda pozuntusu baş verərsə məqaləniz silinəcək. Silinmiş məqalənin bərpası prosesi isə aylarla vaxt ala bilər. Ona görə də bu resursa ciddi yanaşmaq lazımdır.


Wikipediada şirkət barədə məqalə yazmaq nəyə gərəkdir


Bu insan tarixinə görə ən böyük və məhşur istinad mənbəyidir. “Vikipediyada belə yazılıb” kəlməsi mübahisələrdə istifadə olunan həlledici ifadə halına gəlib. Belə bir platformanı biznes məqsədləri üçün istifadə etmək istəyi təbiidir.

Online-ensiklopediada barənizdə məlumat paylaşıldıqdan sonra nəyə nail olacaqsınız?




Etibarlılıq

Məhsul almaqdan öncə müştərilər çox vaxt şirkətin xaricində bu məhsul və ya xidmət barədə araşdırmalar edirlər. Wikipediada səhifənizin olması sizin biznesinizin uğuruna müsbət təsir edəcək.

Açıq ensiklopediya platforması məqalələrə çox ciddi yanaşır, ələxüsus söhbət kommersiya məqsədli təşkilatlardan gedirsə. Burada yalnız yoxlanılmış obyektiv və tutarlı faktlar dərc olunur. Ona görə də şirkət barədə Wikipedia səhifəsi potensial müştərinizdə reklamdan daha çox güvən hissi oyada bilər.


Saytınız üçün əlavə trafik

Wikipedia - trastlı resursdur və axtarış sistemləri ona güvənirlər. Ona görə də ensiklopediyada məqaləni irəlilətməyə heç ehtiyac yoxdur, məqalə relevant sorğu üzrə özü dərhal ilk səhifəyə çıxır və müştərilərin diqqətini cəlb edir.

Bu sizə əlavə və ödənişsiz ziyarətçi axını cəlb edəcək və o şəxslər daxili linkdən sizin sayıtınza keçəcəklər.


Konversiyanın artırılması

Vikipediya səhifəsindən şirkətinizin veb saytına keçən çox olur. Vikipediya sayəsində şirkətinizə güvənməyə başlamış potensial müştərilər çox vaxt real müştərilərə çevrilirlər. Belə çıxır ki, biznesinizin ensiklopediyada hallanması bir başa konversiyaya da təsir edir.




Bəs Wikipedianın şirkətinizin səhifəsi qarşısında hansı şərtləri olur?


Ensiklopediyanın başlıca məqsədi obyektiv, dəqiq və faydalı məlumat verməkdir, sizin biznes maraqlarınızı yaymaq deyil. Gəlin araşdıraq, sizin qarşınızda hansı manelər dura bilər.


Özünüzü tərifləyə bilməzsiniz

Wikipediada istənilən reklam üsulları səhifənizi silə və hətta bloklaya bilər. Barənizdə yalnız neytral danışmalısınız və obyektiv baxış bucağı sərgiləməlisiniz. Məsələn, öz şirkətinizin məhsulunun ən yaxşı olduğunu deyə bilməzsiniz. Əgər bunu təsdiqləyən müstəqil araşdırmalar varsa onları göstərə bilərsiniz və hətta bu barədə də emosiyasız yazmalısınız.

Əgər potensial müştəriləriniz ilə Wikipedianın quru tərzində danışsanız bəlkə də bu uğurlu olmaz amma insanlar adətən neytral məlumata daha çox güvənirlər nəinki reklam çağırışına.




Səhv etmək haqqınız yoxdur

Wikipediaya düşdükdən sonra ensiklopedia iştirakçılarının daimi diqqət mərkəzinə düşürsünüz. Barənizdə qeyd olunan məlumatlar daima yenilənir və istənilən səhv ictimai müzakirə mövzüsuna çevrilə bilər. Ona görə də potensial müştərilərinizin sizin sirrlərinizi biləcəyinə hazır olun. Məsələn iştirakçılar tez-tez şirkətin səhifəsində Tənqid bölməsi yazıb şirkətin qüsurlarını orada qeyd edirlər.



Siz paylaşımınızı idarə etmirsiniz

Bu Wikipedianın digər marketing alətlərindən başlıca fərqidir. Siz ilkin mətn yazırsınız daha sonra isə onu istənilən şəxs redaktə edə bilər. Özü də müsbət yox, mənfi məqsədlər ilə. Məsələn, rəqibləriniz sizin barənizdə bədbin məlumat yaza bilərlər. Gəlin razılaşaq ki, Vikipediyada barənizdə səhifə yaratmaq həmişə risklidir. Yalnız siz biznesinizin güclü tərəflərində əminsinizsə məqalə sizə fayda verə bilər.





Uğur qazanacağınızdan necə əmin ola bilərsiniz?

İlk öncə biznesinizi əhəmiyyətlilik cəhətdən qiymətləndirməlisiniz - bu ensiklopediyanın başlıca tələbidir.
Wikipedianın qaydalarında deyilir ki, Mövzu onun barəsində müstəqil və nüfuzlü mənbələrdə qeydlər olanda əhəmiyyətli hesab olunur.

Əhəmiyyətlilik özü subyektiv anlayışdır. Sizin üçün əhəmiyyətli görünən məsələnin digərləri üçün də belə görünməsi şərt deyil. Ona görə də üçüncü tərəfləri -müstəqil nüfuzlu mənbələri nəzərə almalısınız. Və qaydalarda bu çox aydın izah olunub.

Birinicisi - bu mənbələr həqiqətən də müstəqil olmalıdırlar. Yəni, şirkət saytının yeganə mənbə olması pis ideyadır. KİV-də ödəniş əsasında yazdırılmış press relizlər və reklam məqsədli ödənişli məqalələr də müstəqil hesab oluna bilməzlər.

İkincisi - mənbələr nüfuzlu olmalıdırlar. Beynalxalq media resursunda xəbər yaxşı ideyadır. Bloggerin sosial şəbəkə hesabında post isə nüfuzlu hesab olunmur. Çünki Wikipedia redaktor yoxlamasını keçən və neytral baxış bucağı ilə çıxış edən mənbələrə güvənir.

Üçüncüsü - mənbələr əlçatan olmalıdırlar. Məlumat açıq paylaşılmış olmalıdır ki onu yoxlamaq asan olsun. Ona görə də dəqiqləşdirilməmiş teoriyaları və şayələri mənbə olaraq istifadə edə bilməzsiniz.






Wikipedia səhifəsinin yaradılması üçün 6 addım


Deməli, siz bütün ehtimalları hesabladınız və səhifəni yaratmağa qərar verdiniz.



1. Hesab yaradın

Səhifə yaratmaqdan və ya mövcud səhifələri redaktə etməkdən öncə Wikipedia sizə qeydiyyatdan keçməyi məsləhət görəcək. Bu vacib addım deyil - ensiklopedia üzərində anonim şəxs də işləyə bilər. Lakin hesabınızın olması daha yaxşıdır. Çünki, qeydiyyatdan keçmiş iştirakçıya daha çox etibar olunur.

wikipediada şirkət səhifəsi yaradılışı üçün qeydiyyat

Hesab yaratmaq çox asandır. İstifadəçi adı və parol yazma kifayət edir. Hətta email sadəcə hesabınızı gələcəkdə bərpa edə bilmək üçün lazımdır. İstifadəçi adı olaraq şirkətinizin adını hallandırmamağınızı məsləhət görürük. Şirkətinizin adı ilə hesab yaratsanız redaktorlar sizin məqaləni özünüreklam hesab edə bilərlər.


2. Digər səhifələri redaktə etməkdən başlayın.

Birincisi, redaktədən başlasaz bu sizin üçün bir növ məşq olacaq. Qısa zamanda nəyin necə işlədiyini anlayacaqsınız. İkincisi, bu sizin hesabınızı nüfuzlu edəcək. Sizin Wikipedia platformasına verdiyiniz töhfə profilinizdə əks olunur. Ensiklopediyaya nə qədər çox fayda versəniz - növbəti məqalənizə də o qədər çox etibar qazanacaqsınız.


3. Məlumat toplayın.

İstinadlar. Siz artıq bilirsiniz, məhz istinadlar, linklər və sitatlardır məqaləni əhəmiyyətli göstərən. Deməli, məhz onlar ilə məqalənin uğurunu müəyyən etmək olar. Barənizdə KİV-də məlumat tapmaq məqalə yaradılışının ən vacib hissəsidir. Hər bir faktı təsdiqləmək lazımdır və nə qədər çox link olsa bir o qədər yaxşıdır.
Öz saytınızı yalnız hər-hansı məhz sizin bildiyiniz məlumatı təsdiq etmək üçün istifadə edin. Məsələn, söhbət sizin şirkətinizdəki işçi sayından və ya şirkətin daxili quruluşundan gedə bilər.

Şəkillər. Səhifəniz üçün şəkillər hazırlayın. Vikipediya müəllif hüquqlarına çox ciddi yanaşır. Ona görə də şəkillər sizə aid olmalıdır. Saytınızdan skrinşotlar, korporativ fotolar bunun üçün yaxşı nümunədir.



4. Mətn yazın

Şirkətin sahəsi, strukturu və nəaliyyətləri barədə yazın. Fəxr etdiyiniz və digərləri üçün əhəmiyyətli görünən məqamları qeyd edin. Məsələn keçən ay rekord gəlirlərə çıxmağınız oxuyucu üçün əhəmiyətli görünməyəcək, daha faydalı məlumat paylaşmalısınız.
Heç bir halda saytınızın “Haqqımızda” hissəsindən mətni kopyalayıb oraya əlavə etməyin. Pressrelizlərdən istifadə etməyin. Belə mətn Vikipediyaya uyğun deyil həmçinin o sizin öz müəllif hüquqlarınızı pozur.

Neytal tərzdə yazın. Bu təkcə faktlara aid deyil. Sözlərin özündə də diqqətli olun. Emosional bəzəklərdən, nidalardan, təriflərdən uzaq durun.


5. Məqaləni yerləşdirin.

Bunun üçün ilk öncə Məqalə sehrbazı alətinə daxil olmalısınız. Məqalə sehrbazı - məqalənin düzgün yazılması üçün sizə yardımçı olan bir alətdir. Siz mövzu barədə suallara cavab verirsiniz, əhəmiyətli məqamları yazırsınız, istinadları qeyd edirsiniz və mətnin özünü yerləşdirisiniz. Sonda Sehrbaz sizə səhifəni birbaşa Vikipediyada və ya inkubatorda yerləşdirməyi təklif edəcək.

Wikipediada Məqalə sehrbazı aləti

Sizə məqaləni inkubatorda yerləşdirməyi tövsiyyə edirik.

Məqaləni açıq paylaşsanız o hərhansı tələblərə cavab vermədiyi üçün dərhal silinə bilər, İnkubatora yerləşdirilmiş məqaləniysə istinad və isbat olunmamış əhəmiyyətə görə silə bilməzlər və aşkarlanan bu qüsurları düzəltməyiniz üçün 1 ay müddətiniz olur. Bu müddət ərzində səhifəniz oxuyucular üçün qapalı olacaq, lakin digər iştirakçılar onu yaxşılaşdırmaq üzərində işləyə biləcəklər. Siz təcrübəli redaktorlardan feedback alacaqsınız və İnkubatorun formunda suallar verə biləcəksiniz. Bir ay sonra məqalənin qaralamasını açıq edəcəklər. İnkubatorun əsas üstünlüyü ondadır ki, burada yaradılan məqalələrə redaktorlar daha müsbət yanaşırlar. Tərtibata gəldikdə isə Vikipediya da İnkubator da mətn yerləşdimək üçün hazır şablonlar təklif edirlər, çətinlik yarandıqda isə əlaqəli forumda sual verə və ya əlaqədar təlimatları tapıb oxuya bilərsiniz.


6. Səhifənizi izləyin

Hətta İnkubatordan sonra da redaktorların sizə qarşı pretenziyaları və ya məqaləniz barədə sualları yarana bilər. Birbaşa ensiklopediyada yaratsanız bu daha tez baş verəcək. Oxuyucuya özünüz barədə maksimal dərəcədə tam və aktual məlumat versəniz yaxşı olar.





Tövsiyyələr



Məqalənizi bir neçə dil bölməsində yaradın

Qaydaların ümumi olmasına baxmayaraq hər bölmənin öz funksiya özəllikləri var. Məsələn rusdilli redaktorlar ingilisdillilərə nisbətən daha tələbkardırlar.


Səhifəni optimal uzunluqda tərtib edin

Çox uzun səhifələr redaktorların diqqətini tez cəlb edirlər və onlar məqalənin əhəmiyyəti və həqiqiliyi üzərində araşdırmaya başlayırlar. Əgər şirkətinizin 100 illik təcrübəsi yoxdursa onun barəsində elmi iş yazmağa ehtiyac yoxdur. Əsas odur sahənizi və nəaliyyətlərinizi qeyd edəsiniz. Lakin çox qısa səhifələr də şübhəli görünür. Vikipediyada yaxşı məqalənin ölçüsü 500 simvoldan başlayır.


Səhifənizi digər səhifələr ilə əlaqələndirin

Redaktorlar tez-tez heçnə ilə bağlı olmayan səhifələri silirlər. Ona görə də şirkətiniz barədə yazmaqdan öncə, Vikipediyada sahəniz və ya istifadə etdiyiniz texnologiyalar üzrə məqalə tapıb, öz məqalənizi onunla əlaqələndirin. Bənzər məqalələrə, oxşar mövzulara link yerləşdirin. Məqalələri əlaqələndirməyiniz redaktorlar tərəfindən xoş qarşılanacaq. Məsələn, əgər siz innovativ proqram təminatı təqdim edirsinizsə məqalənizin Proqram Təminatı kateqoriyasında yer alması düzgün olardı.


Səhifəni silsələr nə edək?

İstənilən iştirakçı səhifəni silinmə üçün təklif edə bilər, qərarı isə administratorlar verirlər. Əgər siz ciddi səhvlərə yol vermisinizsə heç bir bildiriş etmədən məqalənizi silə bilərlər.

Bərpa etmək üçün xüsusi sorğu göndərməlisiniz və öz xahişinizi düzgün formada yazmalısınız. Xoşməramlı olun, təhqir və ya kobud ifadələrə görə bloklana da bilərsiniz. Müzakirə ən çox bir həftə çəkir, bundan sonra qərar verilir. Əgər məqalə müqaisəlidirsə, diskussiya sonsuzluğa qədər davam edə bilər. Lakin məqaləni bərpa etsələr onun üzərində xüsusi işarə yaranacaq və bu məqaləni təkrarən heç kəs silə bilməyəcək.


Yekun

Məqalələr üçün 150-dən çox qayda var. Tərtibatın texniki tələbləri də mövcuddur. Bütün bunlara görə Vikipediyada məqalə yaratmaq həqiqətən də çox çətin prosessdir. Lakin bu məqaləmizdə qeyd etdiyimiz məqamlar ilə tanış olduğunuza görə sizə artıq daha asan olacaq və dediyimiz tövsiyyələrə uyğun məqalə tərtib etsəniz o Vikipediyada müvəffəqiyyətlə dərc olunacaq.



P.S. Əgər Vikipediya səhifəsini SEO məqsədi üçün yaratmaq istəyirsinizsə sizə bizim SEO BAKU xidmətini təklif edə bilərik



Həsənağa Azad