Artıq sifariş əsasında da xidmət göstərəcəyik

Owbike şirkətinin artıq sifariş əsasında veb sayt xidmətlərini də göstərməsi barədə xəbərin posteri  

Artıq Owbike sayt yaratma platforması olaraq individual sifarişlər üzrə vizitkart və kataloq tipli vebsayt yaradılışı xidmətini də göstərməyə başlayırıq. Vebsaytlar rəsmi müqavilə əsasında Owbike platformasında yaradılacaq.

Yaradılacaq vebsaytın şirkət haqqında maksimum dolğun informasiya verməsi üçün sifarişçilər bu formanı doldurmalıdırlar : https://forms.gle/P9R6Ae6HN7jBL8P79

Növbəti mərhələdə formada qeyd olunan email və telefon nömrələri vasitəsilə sifarişçi ilə əlaqə saxlanılacaq.

Lazım olan bütün materiallar əldə edildikdən sonra vebsayt 3 iş günü ərzində hazırlanıb sifarişçiyə təqdim olunacaq. Sifarişçinin istədiyi dəyişikliklər sayta tətbiq ediləcək. Sayt tam hazır olduqdan sonra sifarişçi və Owbike arasında kontrakt imzalanacaq. Saytın idarəsi sifarişçiyə öyrədiləndən sonra ödəniş baş tutacaq. Qiymət saytın funksionallığından asılı olaraq dəyişir və aylıq ödənilir (30 AZN, 50 AZN, 65 AZN)