SEO xidməti

SEO optimizasiya üzrə yeni xidmət xəbərinin posteri

İcazə verin şirkətinizə Google-dan müştəri gətirək.

Owbike komandası bu gündən etibarən platforma xidmətindən, sifariş əsasında sayt yaradılışı xidmətindən və mövcud saytlara texniki dəstək xidmətindən əlavə olaraq SEO xidmətini də müştərilərə təqdim edəcək.



SEO xidməti nədir?

Qısaca desək SEO - yəni Search Engine Optimization xidməti Google, Yandex kimi axtarış maşınlarında şirkətin fəaliyyətinə uyğun axtarış etdikdə bu şirkətin saytının axtarış nəticələrində çıxması üçün aparılan optimallaşdırılma işləridir. Bu işlərə daxildir saytın kontentinin optimallaşdırılması, saytın texniki cəhətlərinin üzərində axtarış maşınlarının qaydalarına uyğun düzəlişlər edilməsi, xüsusi texniki faylların hazırlanması, saytın axtarış maşınlarında qeydiyyatı və s.



Bizim xidmət nə ilə fərqlənir?

Apardığımız araşdırmalar onu göstərir ki SEO xidmətini göstərən bir çox yerli şirkət və freelancer tərəflər müştərilərin saytları üçün “qara SEO” adlanan vasitələrdən istifadə edərək müştərinin saytını çox qısa zamanda yüksək pozisiyalara qaldırırlar, lakin istifadə etdikləri vasitələr Google kimi axtarış sistemlərində qadağan olduğu üçün, axtarış sistemləri bir müddət keçdikdən sonra qayda pozuntusu hallarını görür və müştərinin saytını əksinə geri çəkir və bəzən hətta qara siyahılara ataraq şirkəti ümumiyyətlə Google-dan həmişəlik uzaqlaşdırır. Belə hallar yarandıqda isə müştəri ona xidmət göstərmiş şirkətdən ödənişi geri tələb edə bilmir, çünki xidmət göstərmiş tərəf qara üsullardan istifadə etmiş olsa da vəd etdiyi kimi veb saytı yuxarı pozisiyalara qaldırıb. Axtarış sistemləri qadağalara gec reaksiya verdiyi üçün müştəri ona qayda pozuntulu SEO xidməti göstərmiş şirkətdən ödənişini geri tələb edə bilmir. Nəticədə şirkət həm maddi həm texniki itki yaşayır həm də ki saytı sistemlərdə müvəqqəti bəzən isə daimi sanksiyalar ilə üzləşir.

Biz SEO xidməti göstərdikdə qaydalara uyğun işlər apardığımız üçün şirkətin veb saytı düzgün zamanda qalxmağa başlayır, heç bir sanksiya ilə üzləşmir. Yüksəliş müşahidə olunandan sonra isə veb sayt öz şirkətinə stabil izləyici(müştəri) axını gətirir.

Digər üstünlüyümüzdən biri isə öncədən nə vaxt nəticələri görəcəyinizi proqnozlaşdıra bilməyimizdir. Həmçinin bizim bu sahə üzrə olan geniş təcrübəmiz olduğu üçün biz ayrı ayrılıqda ölkələr üzrə SEO xidmətlərini də təqdim edə bilirik. Məsələn sizə Azərbaycandan deyil Fransadan və ya İngiltərədən axtarış üzrə müştəri axını lazımdırsa biz fərqli ölkələrə fokuslanmış SEO işləri də təqdim edə bilirik.



Xidmət 3 mərhələyə bölünür

1-ci mərhələ

Bu mərhələdə sayt üzərində ən vacib SEO işləri görülür. İlk öncə saytın aid olduğu şirkətin göstərdiyi xidmətləri araşdırılır. Daha sonra bu xidmətlərə uyğun sorğular siyahısı tərtib olunur. Unutmayın! Müştəriləriniz sizi ən çox şirkətiniz adı ilə deyil sizin göstərdiyiniz xidmət üzrə axtarır. Yəni, məsələn, əgər siz çap üzrə xidmət göstərən NÜMUNE MMC şirkətisinizsə sizin saytınız “vizitka çapı” və ya “rollup sifarişi” sorğuları üzrə axtarış sistemlərində çıxmalıdır ki, siz yeni müştərilər qazana biləsiniz. Həmçinin işlər bitdikdən sonra sizə saytınızın hansı göstəricilər üzrə axtarış sistemində çıxması, hansı göstəricilərdən neçə izləyici(potensial müştəri) cəlb etmiş olmağınız və sair statistik məlumatlar Excell cədvəli formatında təqdim olunur.

Bu mərhələdə şirkətin fəaliyyətinə uyğun axtarış sorğuları siyahıları tərtib olunduqdan sonra görülən işlər:

  • Araşdırma edilir və təyin olunmuş sorğular daha məhşur analoqları ilə əvəzlənir
    Məsələn: Veb saytının optimallaşdırılması üçün SEO xidməti axtaran şirkətlər çox vaxt Google-da "seo xidmeti" və ya "seo xidmeti baku" yazırlar. Hansı variantın daha məhşur olmasını müəyyən etmək üçün araşdırmalar aparılır.

  • Saytın kontentinin bu sorğulara nə dərəcədə uyğun olması yoxlanılır.

  • Əgər saytın kontentində çatışmazlıqlar müşahidə edilərsə lazımlı kontent tərtib olunur və sayta tətbiq olunur.

  • Sayt axtarış sistemlərində qeydiyyatdan keçirilir.

  • Saytın texniki göstəriciləri yoxlanılır. Mənfi məqamlar aşkar olunduqda aradan aldırılır. Texniki məqamlara aiddir: sürət, xətaların mövcudluğu və axtarış sistemlərinin tələb etdiyi digər texniki göstəricilər.

  • Saytın kontent tərkibinin texniki hissələri yoxlanılır. Buraya aiddir fərqli-fərqli kontent hissələrinin hansı kodlar ilə tərtib olunması, şəkillərin qoşulmasındaki kod xətaları, saytın səhifələrinin qaynaq kodlarındakı xətalar və s.

  • Saytın axtarış sistemləri tərəfindən təqdim olunan texniki faylları. Axtarış sistemləri saytlardan müəyyən texniki faylları daşımasını tələb edir. Tərəfimizdən bu faylların mövcudluğu və doğruluğu araşdırılır. Xətalar olduqda aradan qaldırılır.



İcra olunma müddəti: 3-6 ay

Nəticə olaraq verdiyimiz zəmanət: Təyin olunmuş axtarış sorğular üzrə saytın Google-da hər-hansı sətrdə çıxması.

Baş verə bilər: Saytın rəqibliyindən asılı olaraq sayt elə bu mərhələdən sorğularda 1-30-cu sətrlərə çıxa bilər. Sayt təyin olunmuş sorğulara bənzər, amma planlaşdırılmamış sorğularda da yuxarı pozisiyalarda çıxa bilər.

Qiymət: 600AZN (300 AZN öncədən, 300AZN işlər bitdikdə)

SEO xidməti sifariş et







2-ci mərhələ

1-ci mərhələdən sonra toplanılmış statistik məlumatlar əsasında 2-ci mərhələyə başlanılır. Bu mərhələ zamanı daha dərin araşdırma işləri və kontentin daha da optimallaşdırması işləri görülür. Bu mərhələdə saytın kontenti, kontentində mövcud açar sözlərin istifadəsi, linklər, hər bir səhifənin tərkib hissələri və digər xırdalıqlar da yoxlanılır. Qeyd etmək lazımdır ki bu mərhələdə görülən işlərin çox 1-ci mərhələnin statistikasından asılıdır. Həmçinin görülən əlavə işlər ilə də saytı daha da yüksək pozisiyalara çıxarmağa nail oluruq.

Həmin işləri burada qeyd etməməyimizin başlıca səbəbi işlərin Know How xarakteri daşıması, bu işlər barədə məlumat toplanılmasının çətin olması,onların konfidensial biznes sirri olması və həmin məqamları bilməyimizin digər SEO xidməti göstərən digər şirkətlərlə müqayisədə üstünlüyümüz olmasıdır.

İcra olunma müddəti: 6 ay

Nəticə olaraq verdiyimiz zəmanət: Təyin olunmuş axtarış sorğular üzrə saytın Google-da 10-30cu sətrlərdə çıxması.

Baş verə bilər: Saytın rəqibliyindən asılı olaraq sayt elə bu mərhələdən sorğularda 1-10-cu sətrlərə çıxa bilər. Sayt təyin olunmuş sorğulara bənzər ama planlaşdırılmamış sorğularda da yuxarı pozisiyalarda çıxa bilər

Qiymət: 1000AZN (500 AZN öncədən, 500AZN işlər bitdikdə)

SEO xidməti sifariş et



3-cü mərhələ

2-ci mərhələdən sonra toplanılmış statistik məlumatlar əsasında 3cü və son mərhələyə başlanılır. Bu mərhələ zamanı istifadəçilərin ən çox hansı sorğular üzrə gəlməsi, bu sorğular üzrə sayt gəldikdən sonra hansı əməliyyatları yerinə yetirməsi araşdırılır. Saytın ən az izlənilən amma faydalı hesab olunan səhifələrinin niyə digər səhifələr ilə müqayisədə geriləməsi araşdırılır. Bu mərhələdə həmçinin SMM vasitələrdən də istifadə edərək sayta sosial şəbəkələrdən və digər açıq resurslardan da istifadə olunur. Gərəkli hesab olunduqda sayt müvafiq platformalarda reklam olunur. Saytın kontentində istifadə olunan hər bir sözün təkrarlanma qədərindən tutmuş saytın serverin ən xırda detallarına qədər bütün məqamlar optimizasiya olunur. Rəqib şirkətlərin saytları yoxlanılır. Hər bir səhifə yoxlanılaraq rəqib saytardaki səhifələr ilə müqayisə olunur və çatışmazlıqlar aradan qaldırılır. Beləliklə faktiki olaraq saytın hər bir səhifəsi üçün ayrıca SEO işləri görülür. Həmçinin bir çox SEO xidməti göstərən şirkətlərin bilmədikləri vacib işləri də görərək saytı doğru şəkildə öndər pozisiyalara qaldırırıq.

Həmin işləri burada qeyd etməməyimizin başlıca səbəbi işlərin Know How xarakteri daşıması, bu işlər barədə məlumat toplanılmasının çətin olması,onların konfidensial biznes sirri olması və həmin məqamları bilməyimizin digər SEO xidməti göstərən digər şirkətlərlə müqaisədə üstünlüyümüz olmasıdır.

İcra olunma müddəti: 6 ay

Nəticə olaraq verdiyimiz zəmanət: Təyin olunmuş axtarış sorğular üzrə saytın Google-da 1-10cu sətrlərdə çıxması.

Baş verə bilər: Sayt təyin olunmuş sorğulara bənzər ama planlaşdırılmamış sorğularda da yuxarı pozisiyalarda çıxa bilər

Qiymət: 2000AZN (1000 AZN öncədən, 1000AZN işlər bitdikdə)

SEO xidməti sifariş et