Bugfix 1.8.18

1.8.18 versiyasının posteri


Owformsda yeniliklər, sosial şəbəkələr bloku və aşkar olunmuş xətaların bərpası

1.8.18 versiyası əsasən platformada aşkar olunmuş xətaların bərpasını təqdim edir. Lakin bundan əlavə platformaya bir neçə maraqlı yeniliklər də əlavə edilib.

Owblocks

  • Yerləşdir səhifəsində “Bütün səhifələr” seçimi yaradılıb. Artıq hər səhifə üçün blokları nüsxələməyə ehtiyac yoxdur. “Bütün səhifələr” səhifəsinə yerləşdirilmiş bloklar saytın bütün səhifələrində əks olunacaq.

  • Owblocks tətbiqində blokların nüsxəsini çıxartdıqda yaranan xəta aradan qaldırılıb.

  • Owtext tətbiqi ilə inteqrasiya sayəsində yaradılan Bölmə kartları bloklarında sıralanmanın səhv görünməsi xətası aradan qaldırılıb.

  • Forma bloklarında 2 yeni dizayn yaradılıb.

  • Owblocks tətbiqində forma bloklarının yaradılışı daha da intuitivləşdi.

  • Owblocks tətbiqində Brendblok yaradılışına yeni ölçü seçimi əlavə olundu






“Sosial şəbəkələr” bloku

Platformada artıq saytınızda sosial şəbəkə səhifələrinizə keçid yerləşdirmək üçün xüsusi blok yaradıldı. Owblocks tətbiqində yaradacağınız “Sosial şəbəkələr” blokuna şirkətinizin sosial şəbəkə səhifələrini qeyd edib, bloku saytınızın istənilən səhifəsində istənilən sahədə əks edə bilərsiniz.





Owforms

  • Forma doldurularkən nəticələrin hər-hansı email ünvanına göndərilməsi imkanı əlavə edildi.

  • Formalarda cədvəl tipli sahə yaratmaq imkanı əlavə edildi.

  • Şəkil tipli sahə əlavə olundu. Bu sahəni əlavə etdiyiniz formanı saytınızdan izləyici doldurduqdan sonra şəkil Owphoto tətbiqində əks olunacaq.

  • Forma redaktə olunduqda çıxan müvəffəqiyyət bildirişinin dizaynı yenilənib.

  • Forma bloklarında 2 yeni dizayn yaradılıb.

  • Owblocks tətbiqində forma bloklarının yaradılışı daha da intuitivləşdi.





SEO

  • SEO tətbiqində skannerdə nəticələr siyahısını link sütununa görə sıralatmaq imkanı əlavə olundu.

  • Skaner səhifəsində hər bir linkə yönələn digər linklərin sadalanması imkanı əlavə olundu.





Digər

  • Platforma tərəfindən Email ünvanına göndərilən bildirişlərdə “Abunəlikdən çıx” keçidinin işləməməsi xətası aradan qalxdı.

  • İstifadə olunmayan saytların platformadan avtomatik silinməsi mexanizmi işə salınıb.

  • Dizaynların yalnız Harley tarifinə keçdikdə açılması xətası aradan qaldırılıb.

  • Sayt yaradılışı zamanı yüklənmə mərhələsi sürətləndirilib.

  • Platformada bütün yerlərdə “Məzmunlar” sözü “Dizaynlar” sözü ilə əvəzləndirildi.

  • Detallı baxış imkanında yaranan kiçik vizual xətalar aradan qaldırılıb.

  • Owphoto tətbiqində albomlardaki şəkillərə baxmaq istədikdə yaranan xəta aradan qaldırılıb.

  • Forma bloklarında 2 yeni dizayn yaradılıb.

  • Brown dizaynında kiçik dəyişikliklər edildi.