Bugfix 1.9.35

Veb sayt yaratma üçün təqdim olunan platformanın 1.9.35 nömrəli versiyasının posteri


Aşkar olunmuş xətalar aradan qaldırılıb, bir sıra istəklər qeydə alınaraq platformaya əlavələr edilib, “Detallı baxış” rejiminin imkanları genişlənib.

1.9.35 Yenilənməsində platformada aşkar olunmuş xətalar aradan qaldırılıb. İstifadəçilərin 1.9.0 versiyasınından sonra səsləndirdikləri təklif və rəyləri qeydə alınaraq platformaya əlavələr edilib. Həmçinin, admin paneldə mövcud olan “Detallı baxış” rejiminə yeni imkanlar əlavə edilib.




Əsas sayt

  • Əsas saytda qeydiyyatdan keçərkən saytın ünvan hissəsində daxil olunan boşluğun avtomatik silinməsi təmin olunub.


Dizaynlarda

  • Geniş ölçülü ekranlarda mətn ölçüləri ilə yaranan xəta aradan qaldırılıb.
  • Saytda yerləşdirilmiş menyudan saytın səhifəsinə keçərkən menyuda həmin bəndin fərqli görünməsi təmin edilib.
  • Bəzi dizaynlarda Arial şriftində böyük İ hərfinin üzərində nöqtənin olmaması xətası aradan qaldırılıb.
  • Bəzi dizaynlardan istifadə edərkən Geniş imkanlı mətn sahələrində şəkli mətnin solunda və ya sağında yerləşdirmək istəyərkən yaranan xəta aradan qaldırılıb.
  • “BlogPro” dizaynında saytın aşağı hissəsinə yerləşdirilmiş axtarış formasının mobil cihazlarda xətalı görünməsi aradan qaldırılıb.
  • “Orange rims” dizaynında slaydşounun üzərində avtomatik yaranan şəffaf boz qat ləğv edilib.
  • “Orange rims” dizaynında saytın aşağı hissəsinə Sosial səhifələr bloku yerləşdirərkən blokun xətalı görünməsi aradan qaldırılıb.


Admin panel

  • Admin panelin giriş səhifəsi platformanın əsas dizaynına bənzədilib.
  • Admin panelində bəzi hissələrdə dəyişiklik edərək panel əsas saytın dizaynına biraz daha yaxın tərzə salınıb.
  • Menyudan tam ekran rejiminə keçərkən düymədə yazının bəzən səhv görünməsi xətası aradan qaldırılıb.
  • Tarifə keçdikdən dərhal sonra tənzimləmələrdə pəncərəni yenidən açmadan saytı aktiv rejimə keçirtmək imkanı əlavə olunub.
  • Bəzi tətbiqlərdə Emojilərdən istifadənin mümkünsüz olması aradan qaldırılıb.
  • Xoşgəldin pəncərəsində Aşağı düyməsinin bəzən səhvən görünməsi xətası aradan qaldırılıb.
  • Funksional menyudan bəndlərə kliklədikdə təkrarən yeni pəncərənin açılması xətası aradan qaldırılıb.
  • Tətbiqlərin və funksionalın bir-biri ilə sıx əlaqəsi və bir-birinə keçid edən düymələrin əks olunması təmin edilib.
  • Əgər istifadəçi sayta domen bərkitməyibsə Owl tətbiqində çıxan bildirişdə domen sözünün domen pəncərəsini açan aktiv düymə olması imkanı təmin edilib.
  • Admin paneldə Bizdən soruş panelində tarixin bəzən səhv görünməsi xətası aradan qaldırılıb.
  • Xoş gəldin pəncərəsində istifadə olunan mətnlərdə nöqtələrdən sonra boşluqlar qoyulub.
  • Tarifə keçmək istəyərkən balansda yetərli məbləğ olmadıqda çıxan bildirişdə balans sözü aktiv düyməyə çevrilib.


Detallı baxış

  • Köməkçi sahələrdə tətbiqlərin adına klikləyərkən müvafiq tətbiqin pəncərəsi açılacaq.
  • Köməkçi sahələrdə materialın adına klikləyərkən müvafiq tətbiqdə həmin materialın redaktəetmə səhifəsi açılacaq.
  • Detallı baxışda saytın daxili səhifələrinə keçdikdən sonra əsas səhifəyə qayıdarkən göy köməkçilərin bəzən görünməməsi xətası aradan qaldırılıb.


Owpages

  • Texniki səhifələrin öncədən hazır yaradılmış olması təmin olunub.
  • Materialları silərkən öncə təsdiqetmə pəncərəsinin çıxması təmin olunub.


Owblocks

  • “Sosial səhifələr” blokuna Behance əlavə olunub.
  • Blokların yerləşdirilmə səhifələrinin bəzən səhv göstərilməsi xətası aradan qaldırılıb.
  • Owblocks tətbiqində blokların yerləşdirilmə səhifəsində blokların üzərində blokun redaktəedilməsinə yönəldən düymə əlavə olunub.
  • Bölmə kartlarında dizaynlardan birinin nümunəvi şəklinin səhv olması xətası aradan qaldırılıb.
  • Bölmə kartlarında slaydşoulu dizaynların bəzi dizaynlarda eyni görünməsi xətası aradan qaldırılıb.
  • Slaydşou yaradarkən adını yazdıqdan sonra Enter düyməsini sıxdıqda yaranan xəta aradan qaldırılıb.
  • Owblocks tətbiqində bəzi sahələrə blok yerləşdirərkən həmin sahələrin genişlənməməsi xətası aradan qaldırılıb.
  • Owblocks tətbiqində blokların yerləşdirilmə səhifəsində saytın sağı hissəsinin çərçivəsinin olmaması xətası aradan qaldırılıb.
  • Owblocks tətbiqində blokların yerləşdirilmə səhifəsində bəzən bloku sahədən çıxartdıqda onun dərhal istifadə olunmayan bloklar siyahısına düşməməsi xətası aradan qaldırılıb.


Blog

  • Bəzi blog kartı dizaynlarda məqalə sayında yaranan xəta aradan qalrılıb.
  • Blog tətbiqinin materiallarında oxunma sayının əks olunması imkanı yaradılıb.


Geniş imkanlı mətn sahələri

  • 3 yeni daha böyük mətn ölçüsü əlavə olunub.
  • Tab düyməsinin işləməsi imkanı əlavə olunub.
  • Şəkillərin bəzən kopyalanmaması xətası aradan qaldırılıb.
  • Geniş imkanlı mətn sahələrinə kopyalanaraq yerləşdirilən şəkillərin bəzən ölçülərində yaranan xəta aradan qaldırılıb.


Digər

  • Mail.ru istifadəçilərininə platforma tərəfindən göndərilən məktublarda Owbike-ın köhnə logosunun əks olunması xətası aradan qaldırılıb.