Owbike 2.1.0

My default image

Yeni NewsPortal Brown dizaynı və xəbər portalı tipli saytlar üçün hazır kontent, platformanın daha da asanlaşdırılması və aşkar olunmuş xətaların bərpası.

Bu versiyada xəbər portalı tipli sayt yaratmaq istəyənlər üçün platformaya yeni dizayn və hazır kontent əlavə olunub, platforma biraz daha asanlaşdırılıb, yeni kiçik funksiyalar əlavə olunub və aşkar olunmuş kiçik xətalar aradan qaldırılıb.




NewsPortal Brown

Bu yeni dizayn özəlliklə xəbər portalı tipli sayt yaratmaq istəyənlərin məqsədinə uyğun olacaq. Dizaynın yaradılışı üçün biz mövcud Blogpro dizaynından istifadə etmişik. Fərqlər rənglərdədir və saytın bəzi elementlərinin xəbər portalına daha da uyğun olmasında. Məsələn, Slaydşou blokuna altda slayd nömrələri əlavə etdik. Sayt sahibləri bu dizaynda slaydshou imkanını xəbər manşeti olaraq istifadə edə biləcəklər. Həmçinin Owblocks tətbiqində Blog tətbiqi ilə inteqrasiya əsasında yaradılan Blog kartı və Rubrika kartı tipli bloklar üçün yeni slaydşouyabənzər dizayn əlavə etdik. Bu isə saytda əsas və əlavə manşet yaratmaq istəyənlər üçün uyğun olacaq. Ümumiyyətlə nəzərdə tutulur ki owbike platformasında yaradılan xəbər saytları üçün Blog tətbiqindən istifadə olunsun. Çünki tətbiqin geniş imkanları nəinki personal blog, həmçinin iri miqyaslı xəbər portallarına da uyğundur.



My default image

NewsPortal Brown





Yeni imkanlar

  • Blog Kartı üçün yeni dizayn əlavə olunub.

  • Rubrika Kartı üçün yeni dizayn əlavə olunub.



Platformanın daha da asanlaşması üçün edilmiş dəyişikliklər

  • Shop tətbiqinə məhsul silinərkən öncə tətbiqin istifadəçidən təsdiq soruşması funksionalı əlavə olunub.

  • Shop tətbiqində kateqoriyalara “Saytda bax” düyməsi əlavə olunub.

  • Shop tətbiqində artıq məhsula heç bir xüsusiyyət əlavə olunmadığı halda saytda məhsulun səhifəsində xüsusiyyətlər sözü əks olunmayacaq.

  • Detallı baxışda saytın ikonu, saytın adı və səhifənin başlığının yanına bu hissələrin redaktə olunma pəncərələrinə keçid düyməsi əlavə olunub.

  • Admin panelə ilkin giriş zamanı köməkçilərin mütləq şəkildə istifadəçini Tənzimləmələr pəncərəsinə yönəltməsi ləğv olunub.

  • Blog Kartı üçün yeni dizayn əlavə olunub.

  • Rubrika Kartı üçün yeni dizayn əlavə olunub.




Aradan qaldırılmış xətalar

  • Ev dizaynında slaydşounun bəzən işləməməsi xətası aradan qaldırılıb.

  • Ev dizaynında menyu blokunda bəzən yaranan xətalar aradan qaldırılıb.

  • Bölmə kartlarında dizaynlardan birində mətn başlığının heç bir halda görünməməsi xətası aradan qaldırılıb.

  • Shop tətbiqində məhsulun şəklini əlavə edərkən bəzən yaranan xəta aradan qaldırılıb.

  • Shop tətbiqində aşkarlanmış kiçik vizual xətalar aradan qaldırılıb.

  • Owphoto tətbiqində boş alboma şəkil əlavə edərkən bəzən yaranan xəta aradan qaldırılıb.

  • Detallı baxışda saytın ikonunun görünməməsi xətası aradan qaldırılıb.

  • Blogpro dizaynında logonun ölçüsü seçiminin effektsiz olması xətası aradan qaldırılıb.

  • Blogpro dizaynında logonun sola menyunun sağa yerləşdirilməsi zamanı yaranan kiçik vizual xəta aradan qaldırılıb.