Owbike 2.2

My default image

Artıq smartfonlarda da sayt yaratmaq olar

Saytların Admin panellərinə mobil cihazların dəstəyi əlavə olundu. Bir sıra digər dəyişikliklər də tətbiq olunub.





Admin panel

Admin paneldə giriş səhifəsi, panelin özü, funksional pəncərələr, Detallı baxış və bir çox tətbiqlər Mobil cihazlara uyğun təkmillərşdirilib. Bu yenilik sayəsində artıq nəinki masaüstü cihazlardan, həmçinin mobil cihazlardan da Owbike platformasında sayt yaradıb onu elə mobil cihazlardan idarə edə biləcəksiniz.


My default image

Admin panel. Mobil cihazda


Digər yeniliklər

  • Yüklənilən şəkillərin adında bəzi simvollar olarkən şəklin yüklənilməməsi xətası aradan qaldırılıb.
  • Blogpro dizaynında Sayğac bloku ilə əlaqədar xəta aradan qaldırılıb.
  • Blogpro dizaynında sağ hissəyə Sərbəst blok yerləşdirdikdə blokun görünməməsi xətası aradan qaldırıldı.
  • Blogpro dizaynında Sosial şəbəkə düymələrində SEO cəhətdən dəyişikliklər edilib, düymələrə nofollow atributu əlavə edilib.