Owbike 2.5

My default image

Yeni Greeny dizaynı, internet mağaza saytı üçün bir hazır kontent daha və aşkar olunmuş xətaların bərpası

Bu versiyada yeni Greeny dizaynı təqdim olunub. Dizayn ilə birgə istifadəçiyə internet mağaza tipli sayt üçün yeni Hazır kontent də təqdim olunub. Həçinin aşkar olunmuş xətalar aradan qaldırılıb.



Greeny

Yeni dizayn adından göründüyü kimi yaşıl tonlardadır. Dizayn əsasən internet mağaza tipli ve saytlar üçün nəzərdə tutulsa da digər tətbiqləri də bütünlüklə dəstəkləyir. Məhsullar, kateqoriyalar, səbət, online alış-veriş, filtrasiya, sevimli məhsullar, blog və sair imkanlar mövcuddur. Dizaynda yaşıl dördkünc elementlərdən və həfif aimasiyalardan da istifadə olunub. Bütün bunlardan əlavə bu dizayn üçün Owblocks tətbiqində Owtext materialları üçün yeni bölmə kartı dizaynları da yaradılıb. Nümunə sayta buradan baxa bilərsiniz.



My default image

Greeny





Internet mağaza üçün yeni hazır kontent

Platformaya Greeny dizaynı ilə birgə bu dizayn üzərində yaradılmış yeni Hazır Kontent də əlavə olunub. Bu kontentdə məhsullar, brendlər, yeni bölmə kartı dizaynlarından bəzilərindən istifadə və Blog məqalələri yerləşdirilib. Təbii ki kontentin istənilən hissəsini öz məqsədinizə uyğun redaktə edə bilərsiniz. Nümunə sayta buradan baxa bilərsiniz.



My default image

Yeni Hazır kontentdən bir parça





Digər yeniliklər

  • Brendlərin bəzən redaktə olunmaması xətası aradan qaldırılıb
  • Brendin şəklinin Shop tətbiqinin daxilində bəzən görünməməsi xətası aradan qaldırılıb.
  • Owtext tətbiqində ard-arda mətn səhifələri əlavə edərkən yaranan xəta aradan qaldırıldı.
  • Kateqoriyalar menyusu blokunun tarifə keçmədən görünməməsi xətası aradan qaldırıldı.
  • Menyu blokunda tarifə keçmədən bəzi keçidlərin görünməz olması xətası aradan qaldırılıb.
  • Saytda yalnız bir brend olduqda məhsullardan brendin adının gizlənilməsi imkanı əlavə edilib.
  • Owtext tətbiqinin bölmə bloklarında bəzən sıralanmanın səhv görünməsi xətası aradan qaldırlıb.
  • Geniş imkanlı mətn sahələrində youtube pəncərələrinin ölçülərini dəyişmək imkanı əlavə edilib.
  • Geniş imkanlı mətn sahələrində youtube pəncərələrinin mərkəzləşdirilməsi imkanı əlavə edilib.
  • Muli dizaynlı hazır internet mağaza kontentində aşkarlanmış bəzi kontent qüsurları aradan qaldırılıb.
  • Brendin bəzən silinməməsi xətası aradan qaldırılıb
  • Brendin əlavə edilməsi düyməsindəki xəta aradan qaldırılıb.
  • Məhsul redaktəsi səhifəsində yerləşən və məhsulun səhifəsinə aparan düymədə bəzən yaranan xəta aradan qaldırılıb.