Owbike 2.6

My default image

Yeni Bluee Dizaynı, Xaricdə təhsil üzrə xidmət göstərən şirkətlər üçün hazır kontent və digər yeniliklər.

Yeni təqdim olunan Bluee dizaynı adından göründüyü kimi göy tonlardan istifadə etmək istəyənlər üçün yaradılıb. Yeni Dizayn Muli və Greeny dizaynlarına bənzərdir. Göy tonları ilə seçilən rahat, modern və minimalistik dizayn ilə birgə xaricdə təhsil üzrə xidmət göstərən şirkətlərə özəl yeni hazır kontent də təqdim olunur. Dizayn bütün tədbilərlə uyğunlaşdırılıb.



My default image

Bluee dizaynı



Avtomatik keçidlər

Owpages və Owtext tətbiqlərində artıq materialların keçidləri avtomatik tərtib olunacaq. Bunun üçün materialların başlıqlarından istifadə olunacaq. Başlıqlardakı sözlər ingilis latın hərfləri və bəzi işarələrlə əvəzlənərək keçid sahəsinə avtomatik əlavə olunacaq. Bu yenilik sayt tərtibatı zamanı vaxtınıza qənaət və saytın axtarış sistemlərində yüksəlməsi üçün daha uyğun keçidlər tərtib edəcək.



Digər yeniliklər

  • Detallı baxış rejiminə Saytın adını, səhifənin başlığını və saytın ikonunu dəyişmək üçün düymələr əlavə olundu.
  • Köməkçilərin sayı azadıldı.
  • Owtext tətbiqində bölmələr üçün dizayn seçimi imkanı yaradıldı
  • Owblocks tətbiqində Owtext tətbiqində yaradılmış bölmələr üçün kart yaradılışına yeni dizayn əlavə olundu.
  • Owtext tətbiqində şəkili silərkən şəkilin əlavə edilməsi üçün olan düymənin itməsi xətası aradan qaldırıldı.