Owbike nədir?

Şirkətinizi və ya şəxsən sizi professional şəkildə təqdim edəcək bir sayt əldə etmək üçün artıq proqramçı axtarmağa ehtiyac yoxdur. Owbike platforması sizin məhz bu probleminizi həll etmək üçün var! Asan platformanın verdiyi geniş imkanlardan yararlanaraq qısa müddət ərzində özünüz istəyinizə uyğun veb sayt yarada bilərsiniz

Saytın admin panelində Detallı baxış funksiyası, Owphoto tətbiqi,  Owpages tətbiqində veb sayt üçün səhifə yaradılışı və tətbiqlərin ikonları.

Geniş imkanlı idarəetmə paneli

Sizə təqdim olunan innovativ admin panel ilə saytınızı istədiyiniz kimi yaradıb idarə edin

Pəncərə interfeysi ilə işləyən admin paneldə hər bir kontent növü üçün ayrıca tətbiq mövcuddur. Kastomizasiya imkanlarının zənginliyi sayəsində saytınızı istəyinizə uyğun asanlıqla tərtib edə bilərsiniz.

Bulud əsaslı sistem

Bütün əməliyyatlar buludda baş verir

Proqram təminatını köçürməyə ehtiyyac yoxdur. Sayt yaratmaq üçün brauzer kifayət edir. İstənilən kompüterdən istənilən vaxt qoşulub saytınızı idarə edə bilərsiniz. Bütün məlumatlar Google şirkəti tərəfindən təqdim olunan güclü və etibarlı serverlərdə saxlanılır.

Buludda Owbike və ona qoşulan smartfon, planşet, masaüstü kompüter və noutbuk
Masaüstü kompüter, noutbuk, planşet və smartfonda veb saytın adaptiv görünməsi

Adaptiv dizayn

Saytınız istənilən cihazda mükəmməl görsənəcək

Platformada yaradılan saytlar Responsive standartlarına uyğundurlar. Yəni yaradacağınız sayt notbuklar, masaüstü kompüterlər, planşet və smartfonlar daxil istənilən cihazlarda mükəmməl görsənəcəkdir.

Proqramçı lazım deyil

Sayt yaratmaq üçün heç bir texniki biliklər tələb olunmur.

Owbike platforması o qədər təkmilləşmiş bir platformadır ki, sizdən nə sayt yaratdığınızda nə də onu idarə edən zaman heç bir texniki bilik tələb etmir. Nəticədə istənilən şəxs sayt yarada bilər.

Müxtəlif sahələrdən adi insanlar. Sahibkar, aşbaz, yaşlı insan, balacaa qız, rəssam, həkim
Müştəri ilə Owbike saytyaratma platformasının arasında nümunəvi mesajlaşma

Siz tək deyilsiniz

Hər hansı bir çətinliyiniz yaranarsa istənilən an dərhal bizə yaza bilərsiniz.

Saytınızın admin panelində xüsusi müraciyyət forması mövcuddur. Buradan bizə yazaraq dialoq qurub qısa zamanda bütün suallarınıza cavab tapa bilərsiniz. Əgər idarəetmədə hərhansı sualınız,çətinliyiniz və ya istəyiniz yaranarsa biz daima yanınızdayıq.

Gördüyünüz kimi, sayt yaratmaq çox asandır

Owbikeda yaradılmış saytlardan bir neçəsi

Hazırda Owbike-da546aktiv sayt var

Owbike-dan istifadə edərək cəmi 1 saata özünüz professional veb sayt yarada bilərsiniz. Əgər vaxtınız yoxdursa, sifariş edin, biz yaradaq

Tərəfdaşlar və dəstək

Xəbərlər

Hamısına bax

Owbike Run Up 2.0 - Öz internet mağaza saytını yarat

Owbike bu gün ikinci major versiyasını təqdim edir. 2.0 nömrəli və “Run up” kodadlı versiya elə adından göründüyü kimi sahibkarların öz rəqiblərini ötməsi üçün hazırlanıb. 2.0 versiyası online ticarət sahəsinə fokuslanıb və yaradılan həllər sahibkarlara qısa zamanda öz istədikləri internet mağazanı yaratmaqları üçün yeni və asan imkanlar təqdim edir.

Bakı şəhərinə özəl SEO xidməti - SEO Baku

Əvvəlki SEO xidmətimizdən əlavə olaraq Bakı şəhərində Google axtarış sistemində önə çıxmaq istəyən şirkət saytlarına yeni özəl xidmətimizi təklif edirik. Əvvəlki SEO xidmətimiz olduğu kimi qalır və oradakı prosess və qiymətlər öz saytını xarici ölkələrdə ön pozisiyalar çıxarmaq istəyənlərə təklif olunacaq. Azərbaycan üçün isə bu yeni xidmətimizi təklif edirik. Digər xidmətlərimiz kimi SEO xidmətləri üçün də işlər tam rəsmi müqavilə əsasında görülür və istənilən platformada yaradılmış vizitka tipli saytlar, korporativ saytlar, e-commerce(e-ticarət) saytları, e-kataloqlar, blog saytları, xəbər portalları üçün təqdim olunur.

Owbike 1.10.0

1.10.0 versiyasında platforma daha da asanlaşıb. Bu versiyada köməkçilərin işləmə mexanizmlərində, dizaynında və sayında dəyişikliklər edilib, Owpages tətbii redizayn olaraq daha da asanlaşdırılıb və tətbiqə bir neçə yeni imkan əlavə edilib və ümumən platformada daha öncə aşkar olunmuş xətalar aradan qaldırılıb.


BU SAYT OWBİKE PLATFORMASINDA YARADILIB