Bugfix 1.6.31

 1.6.31 versiyalı yenilənmənin posteri 

Owblocks tətbiqinin re-dizaynı, Bölmə kartlarında ilkin baxış, platformadan istifadənin asanlaşdırılması və digər dəyişikliklər.

 

Bugfixing-dən əlavə olaraq, 1.6.31 özündə önəmli dəyişiklikləri birləşdirir. Bu versiyada Owblocks tətbiqinin vizual görünüşü dəyişdirilərək yenilənib və istifadəsi daha da rahatlaşdırılıb. Bölmə kartlarının yaradılış prosesinə ilkin baxış əlavə olunub. Bununla istifadəçilər bölmə kartının seçilmiş dizaynının saytda necə görünəcəyi ilə bağlı daha dəqiq təsəvvür formalaşdıra biləcəklər. 



Daha ətraflı:

 

Owblocks tətbiqinin re-dizaynı

  • İstifadəçinin tətbiqə daxil olduqda ilk gördüyü səhifə artıq Bloklar səhifəsidir. Bu o deməkdir ki, tətbiqin məlumat səhifəsi yığışdırılıb. Əgər hələ heç bir blok yaradılmayıbsa, istifadəçi "İlk öncə blok yaradın" bildirişi ilə qarşılaşır. Müvafiq düyməyə basdıqdan sonra istifadəçi bu yenilənmədən etibarən tətbiqin menyusundan yığışdırılan "Blok yarat" pəncərəsinə yönləndirilir. Əlavə olaraq, şəkillərdən aydın olduğu kimi, tətbiqin boz arxa fonu ağ rənglə əvəzlənib.

 

əvvəl

Owblocks tətbiqinin köhnə dizaynı 

indi 

Owblocks tətbiqinin yeni dizaynı 

  • "Blokların yerləşdirilməsi" pəncərəsində saytın və səhifələrin struktur lövhəsi müasir dizayn tələblərinə cavab verən görünüşə uyğunlaşdırılıb. Qradiyentli boz zolaqlar və sahələr ağ rəng ilə əvəzlənib və zolaqlar mavi rəngli ştrixlər ilə çərçivələnib. İşlək olmayan sahələrin al qırmızı rəngi açıq qırmızı ilə əlavə olunub. Nəticədə, bu pəncərə həm gözləri yormur, həm də sadə görünüşlə rahatlıq hissi bağışlayır. Əlavə olaraq, şəkillərdən də göründüyü kimi, lövhənin hündürlük və en ölçüləri də dəyişib və istifadəyə rahat formaya gəlib.

 

əvvəl

Owblocks tətbiqində Blok yerləşdir səhifəsinin köhnə dizaynı 

indi 

Owblocks tətbiqində Blok yerləşdir səhifəsinin yeni dizaynı 

  • Yaradılmış blokların yerləşdiyi “Mövcud bloklar” sahəsinin adı “Bloklar” ilə əvəz olunub və cədvəl tipli görünüş hər bloka məxsus düzbucaqlılarla əvəzlənib. Hər düzbucağın içərisində bloka aid məlumatlar var : tipi, saytın hansı hissəsində yerləşməsi, statusu və s. Bu düzbucaq dizayn bloklara əsl blok görünüşü verir və blokların bir-birindən asılı olmadıqlarını təsdiqləyir.

 

əvvəl

Owblocks tətbiqinin əvvəlki Mövcud Bloklar səhifəsi 

indi

Owblocks tətbiqinin yeni Bloklar səhifəsi

Bölmə kartlarına ilkin baxış

Daha əvvəlki versiyaların birində bölmə kartlarının dizaynını təyin edən rəqəmləri daha anlaşıqlı qrafik skeçlərlə əvəzləmişdik. Bu versiyada isə seçilən dizayna uyğun olaraq mətn və bölmə elementlərinin birlikdə saytda necə görünəcəklərini öncədən görmə imkanı verən İlkin Baxış funksiyasını əlavə etmişik. Dizayn seçildikdə pəncərənin yuxarı hissəsində avtomatik İlkin Baxış sahəsi yaranır. Ən önəmlisi, açılan sahədə istifadəçi artıq seçilmiş skeçdəki şəkillərin mətn yoxsa bölmələrə aid olduğunu, başlıqların mətn yoxsa bölmə başlığı olduğunu, hətta hansı bölmə kartında ikonların görsəndiyini asanlıqla görə biləcək və lazımi dəyişikliklər apara biləcək. Hər bir tətbiqi və verdiyi imkanlardan istifadəni asanlaşdırmaq üçün çox çalışırıq :)

Bölmə kartları yaradılışında İlkin baxış 

Həll olunmuş xətalar :



  • Yaradılan blokların üzərindəki tətbiq şəkillərinin köhnə olması problemi həll edilib.

 

əvvəl

Owblocks tətbiqində Blok yerləşdir səhifəsinin köhnə dizaynında tətbiqlərin köhnə ikonları 

indi

Owblocks tətbiqində Blok yerləşdir səhifəsinin yeni dizaynında tətbiqlərin yeni ikonları 

 

  • Blok yaratdıqdan sonra “uğurla yaradıldı” mesajı daha gözəçarpan dizaynda əks etdirilib.

 

  • Mətnlərin adına olan simvol limiti çoxaldılıb.

 

  • Geniş imkanlı mətn sahəsində yüklənilən şəkilin mətnin sağ və ya sol hissəsinə keçirdilməsi zamanı yaranan problem aradan qaldırılıb.

 

  • “Xoş gəlmisiniz” pəncərəsinin bəzi səhifələrində “Aşağı” düyməsinin xətası yığışdırılıb.

 

  • Bloklar siyahısında bəzi blokların harada yerləşməsinin görsənməməsi problemi aradan qaldırılıb.

 

  • Forma blokları yaradılan zaman pəncərədə yanlış görsənən yollar (Owtext -> Bölmə kartları) düzəldilərək, Owforms -> Forma blokları ilə əvəzlənib.  

 

  • Hazır kontentlərdə mətnlərin sıralaması ilə bağlı olan problem həll edilib.

 

  • Formanın heç bir sahəni doldurmadan yaradıla bilməsi problemi aradan qaldırılıb.

 

  • Owtext-də mətn yaradarkən qısa mətn yazmadıqda mətnin yadda saxlanılmaması problemi aradan qaldırılıb.
  • Mətnin saytda görülən səhifəsində brauzer pəncərəsinin adında mətnin yerləşdiyi bölmənin görsənməməsi problemi aradan qaldırılıb.
  • Bəzi bölmə kartlarında bölmə başlığının gizlədilə bilməməsi problemi aradan qaldırılıb.

 

  • Bəzi bölmə kartlarının mobil görünüşündə olan boşluq aradan qaldırılıb.

 

  • Şəklin adında azərbaycan şriftləri olan zaman yüklənmədə olan problem aradan qaldırılıb.

 

  • Bölmələrdə ən son əlavə edilmiş mətnin ən üstdə görünməməsi problemi aradan qaldırılıb.

 

  • Bölmə kartlarında təsadüfi seçiminin işləməməsi problemi həll edilib.

 

  • Materiallar silinəndən sonra həmin materialların İnsocial-da hələ də mövcud olması problemi həll edilib.

 

  • Bəzi bölmə kartlarının izahedici şəkli ilə saytındakı görünüşünün fərqli olması problemi aradan qaldırılıb.

 

  • Bəzi bölmə kartlarında şəkillərin mobil üçün adaptiv olmaması problemi aradan qaldırılıb.









Digər dəyişikliklər :

 

  • Saytın ikonunun yüklənilmə prosesi daha da asanlaşdırılıb. Artıq saytınızın ikonunu ölçü tələblərinə (32px/32px) uyğunlaşdırmaq üçün şəkli yenidən yükləmək məcburiyyətində deyilsiniz. Sistem özü sizə şəkli seçərkən onu lazımi tələblərə uyğun nüsxəsini yaratmaq imkanı verir.

Yüklənilən şəkil tələblərə uyğun olmadıqda şəklin avtomatik lazımlı ölçüdə nüsxəsinin çıxarılması təklifi 

  • Blok yarat səhiəsinə “Bloklar -> Blok yarat” yolu əlavə edilib.

Blok yaradılışı səhifəsində yeni əlavə olunmuş yol 

  • Bölmə kartlarında mətn başlıqlarını gizlətmə imkanı əlavə olunub. 

Owblocks tətbiqində Bölmə kartları yaradıışında yeni mətn başlıqlarını gizlətmə imkanı