Owbike 2.4

My default image 

 

Owtext tətbiqinin redizaynı, admin panelin özündə kiçik yeniliklər və aşkar olunmuş xətaların bərpası

Vizual görünüşü yenilənmiş tətbiqlər siyahısına Owtext da keçdi. Bu versiyada həmçinin Detallı baxışda kiçik yeniliklər əlavə olunub və öncəki versiyalarda aşkar olunmuş bir neçə kiçik xəta aradan qaldırılıb.


Owtext

Tətbiqin yeni dizaynı tərz cəhətdən Blog və Owpages tətbiqlərinin yeni dizaynına bənzəyir. Owtext-dan istifadə artıq daha rahatdır. Əsas fərq rəng tonlarındadır ki, Owtext tətbiqinin ikonundan da hiss olunduğu kimi tətbiqin əsas rəngləri qara tonlardır. Yenilənmiş tətbiqin öncə bölmələri göstərməsi, daha sonra Bölmələrə daxil olduqdan sonra onların daxilində Mətnlərin göstərilməsi istifadəçiyə tətbiqin iearxiyasını daha düzgün göstərir və onun işləmə mexanizmini anlamaq artıq daha asandır.

 

 

Digər yeniliklər

  • Owtext tətbiqində bəzən bölmələrin görünməməsi xətası aradan qaldırıldı.
  • Domen bərkidərkən bəzən yaranan xətalar aradan qaldırıldı.
  • Domen pəncərəsində yönəldici mətnlərdə kiçik dəyişiklər olunub.
  • Köməkçilərdə cüzi dəyişikliklər edildi.
  • Detallı baxış panelinə saytın domeni və domen pəncərəsinə düymə əlavə edildi.
  • Detallı baxış panelində saytın logosunun üzərinə mouse ilə keçərkən çıxan göy hissədə artıq logonun başlığı olmadığı halda belə Logo blokuna düymə əks olunacaq.
  • Tariflər pəncərəsinə Əsas saytın Tariflər səhifəsinə keçidlər əlavə edildi.
  • Pəncərələr arxada qalarkən onların nisbətən ağarması təmin olundu.
  • Blogpro dizaynında axtarış nəticələri əks olunan səhifədə yaranan xətalar aradan qaldırıldı.
  • İlkin giriş zamanı çıxan qarşılayan məlumatlarındırıcı pəncərə daha da optimallaşdırılıb.
  • Yeni sayt yaradarkən hazır kontent seçimi addımı zəruri edilib.